xəbərlər
Polis Akademiyasının əməkdaşı Voronej İnstitutu tərəfindən təşkil olunmuş onlayn konfransda iştirak etmişdir.
21.02.2022

Beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voronej İnstitutu, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidənhazırlıq İnstitutu”, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Tümen İnstitutu və Azərbaycan Respublikası DİN-in Polis Akademiyasından nümayəndələr iştirak etmişdir.
Tədbiri Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voronej İnstitutu rəisinin elmi işlər üzrə müavini, polis polkovniki D.A.Simonenko giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış və konfransın işinə uğurlar arzulamışdı.
Tədbirdə Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki Şahin Şükürovun “Qarşılıqlı əlaqələr institunun nəzəri əsasları” mövzusunda məruzəsi dinlənilmişdir.
Beynəlxalq elmi-praktik konfransda məruzələr ətrafında müzakirələr aparılmış, hüquq-mühafizə orqanlarının təcrübəsi və s. məsələlər təhlil edilmişdir.
Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.