xəbərlər

DİO-nun hissə və bölmələri arasında güllə atıcılığı üzrə çempionat keçirilmişdir

25.02.2022

 23-25 fevral 2022-ci il tarixlərdə DİO-nun hissə və bölmələri arasında güllə atıcılığı üzrə çempionat keçirilmişdir. Çempionatda Polis Akademiyasını 7 kişi və 1 qadından ibarət olan komanda təmsil etmişdir.
Yarışın nəticələrinə görə iştirakçı 11 komanda arasında Polis Akademiyasının yığma komandası atış tapşırıqları üzrə 565 xal toplayaraq 3-cü yerə, qadınlar arasında şəxsi birincilikdə isə V kurs kursantı Əliyeva Ayişə 1-ci yerə layiq görülmüşdür.
        

Geriyə | Çap versiyası