xəbərlər
Polis Akademiyasında “Xocalı faciəsi”nin 30-cu ildönümü yad edilmişdir
27.02.2022

26-27 fevral 2022-ci il tarixlərdə I-IV kurs kursantlarına Xocalı faciəsini özündə əks etdirən qısametrajlı videofilmlər nümayiş edilmişdir.
DİN-in Polis Akademiyasının rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən 26 fevral 2022-ci il tarixdə Polis Akademiyasının daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşları ilə Xocalı faciəsi ilə bağlı söhbətlər aparmışlar.
26 fevral 2022-ci il tarixdə saat 17.00-da «Xocalı faciəsinin 30-cu ildönümü» ilə əlaqədar Polis Akademiyasının daimi heyəti xidməti otaqlarında Xocalı faciəsinin qurbanlarının və vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.