xəbərlər

Polis Akademiyasında “Ən yaxşı taqım” adı uğrunda yarış keçirilmişdir

07.03.2022

 07 Mart 2022-ci il tarixdə Polis Akademiyasında əyani təhsil üzrə I-IV kurslar arasında “Ən yaxşı taqım”  adı uğrunda sıra hazırlığı üzrə yarış keçirilmişdir. Yarışının məqsədi kursantlar arasında  sıra hazırlığına marağın artırılması, nizam-intizamın və mənəvi psixoloji dayanıqlığın möhkəmləndirilməsi, kursantlar tərəfindən sıra  hərəkətlərinin dəqiq yerinə yetirilməsi bacarığını, eyni zamanda hərbi salamın verilməsi, hərbi nəzakət və davranış qaydaları vərdişlərinin yüksək səviyyədə mənimsənilməsindən ibarətdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarış qaydalara uyğun olaraq altı mərhələdə həyata keçirilmişdir. Yarış zamanı müvafiq kurslar üzrə taqımlar “Yerində və yerişdə dönmələr”, “Hərbi salamın verilməsi”, “Silahla sıra hərəkətləri”, “Təntənəli mahnı ilə keçid” və s. kimi sıra elementlərini  yerinə yetirmişlər.
Münsiflər heyətinin rəyinə əsasən IV kurs (4 balla) birinci yerə, I kurs (3,8 balla) ikinci yerə,   III kurs (3,7 balla) isə üçüncü yerə yerə layiq görülmüşdür.
Yarışının nəticələrinə görə, qalib olan IV kursa keçici plaket təqdim edilmişdir.
    






Geriyə | Çap versiyası