xəbərlər

DİN-in Polis Akademiyasında növbəti “Andiçmə” mərasimi keçirilmişdir

19.03.2022

 19 mart 2022-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun iştirakı ilə Ixtisasartırma fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açıq elan edən polis polkovniki Canpolad Daanov dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik etdi, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzuladı.

Çıxışında təhsildə aparılan yeni innovativ metodlara toxunan C.Daanov bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda, daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
Məzunlar adından çıxış edən polis leytenantı Ayxan Nəbiyev təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Tədbir kursu bitirmələrinə dair sertifikatların təqdim edilməsi və xatirə şəkillərinin çəkilməsilə başa çatdı.



Geriyə | Çap versiyası