xəbərlər

Polis Akademiyasının əməkdaşları “DİNAMO” İdman Cəmiyyətində təşkil olunmuş “Silahsız özünümüdafiə” üzrə daxili işlər orqanlarının Çempionatında iştirak etmişdir

31.03.2022

28-30 mart 2022-ci il tarixlərində “DİNAMO” İdman Cəmiyyətində “Silahsız özünümüdafiə” üzrə daxili işlər orqanlarının Çempionatı keçirilmişdir. Çempionatda Polis Akademiyasının “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis baş leytenantı Elman Həsənov 90+ çəki dərəcəsində III yerə, kursantlar 65 kq çəki dərəcəsində Tapdıqov Məftun I, 70 kq çəki dərəcəsində Baxışov Ramiz II, 85 kq çəki dərəcəsində Süleymanlı Turqut III, 75 kq çəki dərəcəsində Rəcəbli Orxan isə III yerlərə layiq görülmüşlər. Ümumi 11 komanda arasında gərgin mübarizə apararaq Akademiyamızın yığma komandası III yerə layiq görülmüşdür.


Geriyə | Çap versiyası