xəbərlər

Polis Akademiyasında “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual məsələləri” mövzusunda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının elmi-praktik konfransı keçirilmişdir

05.04.2022

 5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual məsələləri” mövzusunda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının elmi-praktik konfransı onlayn keçirilmişdir. Konfransda Polis Akademiyasının, Azərbaycan Respublikası¬ Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin müəllim-professor heyəti və təhsilalanları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) aparatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin və Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak etmişdir.  
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov qeyd etmişdir ki, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, təbliği hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qeyd edildi ki, bu sahədə daha çox maarifləndirmə tədbirləri davam etdirilməli və aparılmalıdır. Çıxışının sonunda C.Daanov keçirilən elmi-praktiki konfransın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu konfrans uşaq hüquqlarının müdafiəsi üzrə növbəti maarifləndirmə tədbiri kimi təhsilalanların gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıyacaqdır.
Konfransın açılış hissəsində moderator Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Eyvazov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) aparatının “Uşaq hüquqları” şöbəsinin müdiri Nigar Ağayeva, Azərbaycan Respublikası¬ Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının  Elmi-tədqiqat şöbəsinin rəisi, polkovnik-leytenant, ped.ü.f.d. Rəna İsmayılova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin hüquq məsələləri üzrə müşaviri Qumral Aslanova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqları İctimai Birliyinin  sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Katibliyinin hüquqşünası Seymur Əsgərli,             ADA Universitetinin Tələbə Xidmətləri üzrə meneceri, yazıçı Günel Əsgərova çıxış etmişlər.
Daha sonra konfransın proqramı üzrə “Uşaq hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikasının fəaliyyəti” mövzusunda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akade-miyasının  4-cü kurs kursantı Rəsul Kərimov, “Yetkinlik yaşına  çatma-yanlar tərəfindən törədilən hüquqpozmaların profilaktikasında polisin rolu” mövzusunda Polis Akademiyasının  4-cü kurs kursantı Süleyman Süleymanov, “Uşaqların təhsil hüququ” mövzusunda ADA Universitetinin 3-cü kurs tələbəsi Selcan Mirzəzadə, “Müasir dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlər” mövzusunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Ramazan Əsgərxanov, “Uşaqlara qarşı ailədaxili şiddət və uşaq istismarı” mövzusunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Xaqan Cəfərli, “Yaşı 18-dən az olan şəxslərin əmək hüquqları və onların müdafiəsi” mövzusunda  Polis Akademiyasının 4-cü kurs kursantı Sənan Mirzəyev məruzələrlə çıxış etmişlər.
 Konfransın yekununda  müzakirələr aparımış və suallar cavablandırılmışdır.

Geriyə | Çap versiyası