xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyasının Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda iştirak edib

07.04.2022

7 aprel 2022-ci il tarixdə Rusiya Federasiyasının Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə “Cinayət prosesinin müasir problemləri: həlli yolları” mövzusunda           III Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva, Rostov və Tümen Hüquq İnstitutlarının nümayəndələri, həmçinin Azərbaycan, Qazaxıstan və Belarus Respublikalarının daxili işlər nazirliklərinin polis akademiyalarının müəllimləri iştirak ediblər. Konfransda ölkəmizi DİN-in Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev təmsil etmişdir.

İlk olaraq tədbir iştirakçılarını salamlayan S.Ağayev tədbirin təşkilatçılarına dəvətə görə Akademiya rəhbərliyi adından təşəkkürünü bildirmiş, aktual bir mövzuya həsr edilmiş konfransda iştirakından məmnun olduğunu vurğulamışdır.
Konfransda cinayət-prosessual hüququn ayrı-ayrı institutları barədə məruzəçilərin çıxışları dinlənilmiş, məruzə ətrafında yaranan suallara münasibət bildirilmiş, həmçinin cinayət işlərinin istintaqı prosesində informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanmağın vacibliyi qeyd olunmuşdur.
Konfrans fikir mübadiləsi və diskussiyalarla yekunlaşmışdır.


Geriyə | Çap versiyası