xəbərlər

Azərbaycan Texniki Universitetinin müəllim və tələbələrindən ibarət olan nümayəndə heyəti Polis Akademiyası ilə tanışlıq ekskursiyasında olublar

13.04.2022

 DİN-in Polis Akademiyası və Azərbaycan Texniki Universiteti arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsinin elmi-pedaqoji kollektivləri, tələbə və kursantları arasında faydalı tədris təcrübəsinin qurulması məqsədilə 09 iyul 2019-cu il tarixində imzalanmış əməkdaşlıq müqaviləsi əsasında işlər davam etdirilir.
Belə ki, 2022-ci ilin aprelin 13-də növbəti dəfə Azərbaycan Texniki Universitetinin müəllim və tələbələrindən ibarət olan nümayəndə heyəti  Polis Akademiyası ilə tanışlıq ekskursiyasında olublar.

Görüş zamanı qonaqlara Akademiyanın tarixi barəsində, aparılan təlim-tədris prosesi haqqında geniş məlumat verilmişdir. Akademiyanın tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar Ümummilli Liderin  dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün  imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.

DİN-in Polis Akademiyasının ötən müddət ərzində ölkə və DİN-in rəhbərliyinin ali diqqət və qayğısı sayəsində böyük bir inkişaf yolu keçirdiyi qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlandığı, maddi-texnki bazanın ən müasir tələblərə cavab verdiyi, dünyanın bir sıra digər ölkələrinin analoji təhsil müəsssisələri ilə əlaqələrin, həmçinin təhsil və təcrübə mübadiləsinin də daim inkişaf etdirildiyi xüsusilə vurğulandı. Görüş zamanı Azərbaycan Texniki Universitetinin tələbələrinə o da bildirildi ki, yüksək nəzəri biliklərin əldə edilməsi və yaradıcılıq vərdişlərinin formalaşdırılması üçün tələbələrimizin elmi tədqiqat işinə cəlb olunması fəaliyyətimizin mühüm istiqamətlərindən biridir.

Qonaqların adından Azərbaycan Texniki Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru - iqtisad üzrə fəlsəfə doktoru Kamran Rəsulov görüşdən mənmunluq keçirdiyini və səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.


Geriyə | Çap versiyası