xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetinin yaradılmasının 20-illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir

28.04.2022

28 aprel 2022-ci il tarixində Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına  Moskva Universitetinin yaradılmasının 20-illiyinə həsr olunmuş “İnzibati hüququn tətbiqinin aktual məsələləri (Korenev oxunuşları)”  mövzusunda Beynəlxalq elmi-praktik video-konfrans keçirilib.

Beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyası DİN-in rəhbərliyi, Rusiya Federasiyası Elm və Ali təhsil nazirliyi, Rusiya Federasiyası DİN-in müqavilə-hüquq departamentinin nümayəndələri, MDB-nin iştirakçı-dövlətlərinin: Azərbaycan, Belarus, Rusiya DİN-in xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya Federasiyasının ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış alim və mütəxəssisləri, V.Y.Kikot adına Moskva Universitetin rəhbərliyi, professor-müəllim heyəti, hüquq-mühafizə orqanlarının praktiki əməkdaşları iştirak ediblər.
Beynəlxalq elmi-praktik video-konfransda Rusiya Federasiyası DİN-in V.Y. Kikot adına Moskva Universitetinin Azərbaycan Respublikası DİN-in Polis Akademiyası arasında əməkdaşlıq çərçivəsində, tədbirdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki, dosent Şahin Şükürov  iştirak etmişdir.

Beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açaraq   Rusiya Federasiyası DİN-in V.Y. Kikot adına Moskva Universitetinin rəisi, polis general-leytenantı, pedoqoji elmər namizədi İ.A.Kaliniçenko, Rusiya Federasiyası DİN-in müqavilə-hüquq departamentinin rəis müavini, daxili xidmət general-mayoru D.A.Qazizov, həmin departamentinin rəisi, daxili xidmət general-leytenantı A.Q.Avdeyko çıxış etmişlər.
Moskva Universitetinin yaradılmasının 20-illiyinə həsr olunmuş “İnzibati hüququn tətbiqinin aktual məsələləri (Korenev oxunuşları)” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransın  iştirakçılarına Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun yubiley münasibəti ilə təbrikləri çatdırılıb.
Beynəlxalq elmi-praktik konfransda inzibati və inzibati-prossesual hüququn; inzibati-delikt qanunvericiliyinin inkişafına və praktiki tətbiqinə; dövlət qulluğu institunun və daxili işlər orqanlarının təkmilləşdirilməsinə həsr olunan suallara baxılıb, aidiyyəti mövzular üzrə məruzələr dinlənilib.
Beynəlxalq elmi-praktik konfrans  məruzələr ətrafında müzakirələrlə sona çatıb.

Geriyə | Çap versiyası