xəbərlər
Polis Akademiyasının kursantlarından ibarət komanda DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən parkur üzrə yarışda I yer tutmuşlar
30.04.2022

Yarışda hər bir komandanın tərkibində 6 nəfər olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin, Polis Akademiyasının, Nəqliyyatda Baş Polis İdarəsinin, Diplomatik Nümayəndəliklərin Mühafizəsi Üzrə Əlahiddə Polis Taborunun, Əlahiddə Çevik Polis Alayının, Daxili Qoşunların Baş İdarəsinin, Baş Dövlət Yol Polis İdarəsinin, DİN Baş Mühafizə İdarəsinin, Abşeron Rayon Polis İdarəsinin, DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin idmançı əməkdaşları iştirak ediblər.
Dövlət Himnimiz səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan Olimpiya çempionu,

Yarışın birinci mərhələsində müəyyən edilmiş qaydalara əsasən komandanın hər bir üzvü 15 metr məsafədə olan hədəfə tapançadan ayaq üstə tək və cüt əllə 6 dəfə atəş açır və hədəfə dəyən hər xal ümumiləşdirilir. 2-ci mərhələdə isə hər bir iştirakçı 3 mərhələli tullanma, təkər aşırma, paralel qollar üzərində hərəkət, turnikdə dartınma, ziqzaqvari qaçış, kanatla qalxma və müxtəlif maneələri 260 metr məsafədə estafet şəklində qət etməlidir.
Gərgin keçən mübarizədə Polis Akademiyasının komandası birinci olub. DİN Daxili Qoşunların hərbi qulluqçuları ikinci, Əlahiddə Çevik Polis Alayının komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda Polis Aakademiyasının rəisi, polis polkovniki Canpolad Daanov və İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova qalib komandalara kubok, medal, qiymətli hədiyyə və diplom təqdim ediblər.