xəbərlər

Polis Akademiyasının kursantları Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər

07.05.2022

 7 may 2022-ci il tarixində Polis Akademiyasının Əyani fakültəsinin III kurs rəisi, polis polkovnik-leytenantı Mehman Əliyevin rəhbərliyi altında həmin kursun 25 kursantı Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər. Muzeydə İkinci dünya müharibəsinin ilk günlərindən sonuna qədər əsgərlik xidmətində olan, verilmiş döyüş tapşırıqlarını layiqincə yerinə yetirən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə medallarla təltif olunan, bu il 100 illiyi qeyd olunan Əmək Veteranı Əliyev Məhərrəm Şirəli oğluna məxsus şəxsi əşyalar kursantlara nümayiş etdirilmişdir. İkinci dünya müharibəsinin 77-ci ildönümünə həsr olunmuş “Varislik” adlı tədbir-sərgidə də Akademiyanın kursantları iştirak edib.
Tədbir zamanı kursantlarla xatirə şəkilləri çəkilmişdir.


Geriyə | Çap versiyası