xəbərlər

Polis Akademiyasının əməkdaş və kursantları Heydər Əliyev mərkəzini ziyarət ediblər

10.05.2022

 10 may 2022-ci  il tarixində Polis Akademiyasının I kursunun 20 nəfərlik şəxsi heyəti və kurs rəisi polis polkovnik–leytenantı Eldəniz Kazımov Ulu öndər Heydər Əliyevin 99-cu anım günü ilə əlaqədar Heydər Əliyev mərkəzini ziyarət ediblər. Mərkəz əməkdaşı tərəfindən mərkəzin yaranması tarixindən, onun hansı üslubda inşa olunması haqqında kursantları məlumatlandırdıqdan sonra Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə istifadə edilən nəqliyyat vasitələri göstərilməklə hər biri haqqında məlumat verildi.

“Mərkəzin inciləri“ adlı hissəssində Azərbaycanın  qədim dövrlərdən bu günə  əşya və eksponatları – Azərbaycan milli geyimləri, xalçaları və musiqi alətləri haqqında məlumatlar kursantların diqqətinə çatdırıldı. Ulu öndərin ailəsi və yaxınlarının fotoşəkilləri ilə tanışlıqdan sonra iş fəaliyyəti dövrünü, habelə çalışdığı vəzifələr barədə də məlumat verildi. Mərkəzdə Ulu öndərə məxsus geyim formaları, əşyaları və onun iş masası kursantlar tərəfindən böyük maraqla qarşılandı.
Heydər Əliyev mərkəzini ziyarət zamanı kursantlarla xatirə şəkilləri çəkilmişdir


Geriyə | Çap versiyası