xəbərlər
Polis Akademiyasının əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə keçirilmiş respublika elmi-praktik konfransında iştirak etmişlər
05.05.2022

Konfransın plenar iclasında, həmçinin Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəis müavini general-mayor Hafiz Musayev, Daxili Qoşunların Ali Hərbi Məktəbinin qərargah rəisi polkovnik Cavad Rzayev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Eyvazov, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri t.e.d., professor İradə Hüseynova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, h.ü.f.d. Fəxrəddin Nağıyev çıxış edərək Heydər Əliyevin dövlətçilik düşüncələrinin əmək fəaliyyətinə başladığı ilk dövrdən meydana gəlməsi, keçmiş sovetlər dövründə respublikanın rəhbəri kimi azərbaycanlı gənclərin milli ruhunun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi, DTX-ya rəhbərlik etdiyi dövrdə kadrların milliləşdirilməsi sahəsində islahatlar aparması barədə məlumat vermişlər. Konfransın ikinci hissəsində “Hüquq elmləri” və “İctimai-siyasi elmlər” bölmələri üzrə Polis Akademiyasının “Daxili işlər orqanlarının inzibati fəaliyyət” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev, “İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, t.ü.f.d. Rəhim Məcnunov və “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyevin məruzələri dinlənilmiş, yaradıcı elmi müzakirələr aparılmış, çoxsaylı elmi təkliflər səsləndirilmişdir.
Sonda konfrans iştirakçıları konfransın əhəmiyyətini yüksək qiymətləndirmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.