xəbərlər

Polis Akademiyasının komandasına MDB ölkələrinin təhsil müəssisələri arasında keçirilmiş şahmat üzrə beynəlxalq onlayn turnirin kubok və medalları təqdim olunub

14.05.2022

 Aprelin 15-də Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar Universitetinin yaradılmasının 45 illiyinə həsr olunmuş MDB ölkələrinin təhsil müəssisələri arasında beynəlxalq onlayn şahmat turniri keçirilmişdir.

Turnirdə Belarus Respublikası DİN-in Akademiyasının, Belarus Respublikası DİN-in Mogilyov İnstitutunun, Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının, Özbəkistan Respublikası DİN-in Akademiyasının və Rusiya DİN-in Krasnodar Universitetinin komandaları iştirak ediblər. Təhsil müəssisələrinin komandalarını müəllim və kursantlar təmsil ediblər.

Yarışlar “Rapit Arena” sistemi üzrə keçirilib. Qalib komandanın hər bir üzvünün topladığı xalların cəminə görə müəyyən edilib.

Oyunların nəticələrinə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası gərgin mübarizə apararaq 23 xalla qalib gəlib, şəxsi birincilikdə isə I kurs kursantı Əli Əliyev II yerə layiq görülüb.

Rusiya DİN-in Krasnodar Universiteti tərəfindən qalib komandaya göndərilən kubok, diplom və medalları 14 may tarixində Akademiyanın sıra meydanında Polis Akademiyası rəisinin döyüş və xidməti hazırlıq üzrə müavini, polis polkovniki İlyas İsayev təqdim edib və komandaya uğurlar arzulayıb.

Geriyə | Çap versiyası