xəbərlər

Polis Akademiyasının əməkdaşı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilmiş konfransda iştirak edib

13.05.2022

 12-13 may 2022-ci il tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” adlı respublika elmi-praktik konfransı keçirilmişdir. Tədbir Ulu öndər Heydər Əliyevin əbədi xatirəsinin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın ruhlarının yad edilməsi və Dövlət Himninin oxunması ilə açıldı. Sonra Heydər Əliyevə və ordu quruculuğuna həsr edilmiş videofilm nümayiş etdirildi.

Konfransı giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin tədris və elmi işləri üzrə müavini, polkovnik Ruslan Məmmədov çıxışında bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin rolunu həmişə yüksək qiymətləndirirdi.
Konfransda DİN-in Polis Akademiyasını Hərbi kafedranın rəisi, polis polkovniki, dosent Hacı Aslanov təmsil etmişdir.

 Konfransın plenar iclasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Rasim Həsənov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru Nurulla Əliyev və DİN-in Polis Akademiyasının Hərbi kafedrasının rəisi Hacı Aslanov da çıxışlarında Ulu öndərin ordu quruculuğu siyasətinin Prezidentimiz İlham Əliyevin tərəfindən uğurla davam etdirilməklə yanaşı, miqyas və mahiyyət etibarilə ilə yeni bir mərhələyə qədəm qoyduğunu qeyd ediblər.
Konfrans işini bölmələr üzrə davam etdirmişdir. Tədbirin sonunda qonaqlarla xatirə şəkilləri çəkilmişdir.



Geriyə | Çap versiyası