xəbərlər

Polis Akademiyasının kursant və əməkdaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunmuş konfransda iştirak edib

25.05.2022

 25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi ilə əlaqədar olaraq magistrant, kursant, tələbə və dinləyicilərin iştirakı ilə “Fövqəladə hallarla mübarizədə yeni texnoloqiyaların tətbiqi” mövzusunda XI elmi-praktik konfrans keçirilmişdir.
Akademiyanın ərazisi il, Heydər Əliyev Mərkəzi, muzey, xüsusi və ümumi kitabxanalarla  tanışlıqdan sonra konfrans öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəis müavini, polkovnik İlham Babaşov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, son illər təhsil müəssisəsində elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya ve ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. İ.Babaşov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə yüksək qiymətləndirildiyini bildirmiş, prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Konfransda  AR DİN-in Polis Akademiyasını IV kurs 1-ci taqım kursantı Sənan Mirzəyev təmsil edib. S.Mirzəyev Hərbi kafedranın rəisi, dosent, polis polkovniki Hacı Aslanovun rəhbərliyi ilə "Fövqalədə hallarla mübarizədə dövlətin rolu” mövzusunda çıxış edib.
Məruzələr bitdikdən sonra konfransın yekunu ilə əlaqədar öz təklif və tövsiyələrini bildirməsi üçün söz Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hərbi kafedrasının rəisi, dosent, polis polkovniki Hacı Aslanova verildi. Hacı Aslanov bu sahədə magistrant, kursant, tələbə və dinləyicilərin iştirakı ilə həyata keçirilən tədbirlərin sayının daha da artması, magistr, kursant, tələbə və dinləyicilərin elmi-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsində əlverişli şəraitin yaradılması və bu ənənənin gələcək nəsillərə ötürülməsi, təhsilalanların təkcə respublika daxili tədbirlərdə yox, həmçinin beynəlxalq konfranslarda iştirakının təmin edilməsi ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda bir neçə kursant və tələbə, o cümlədən Polis Akademiyasının IV kurs 1-ci taqımı kursantı, polis sıravisi Sənan Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “iştirakçı sertifikatı” ilə təltif olunmuşdur.

Geriyə | Çap versiyası