xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetində təşkil olunmuş videokonfransda iştirak etmişdir

27.05.2022

 Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinin təşkilatçılığı ilə 27 may 2022-ci il tarixdə Universitetin 20 illik yubileyinə ilə əlaqədar olaraq “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə törədilmiş cinayətlərin təsnifatı və istintaqı problemləri” mövzusunda videokonfrans formatında Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinin elmi iş üzrə rəis müavini, hüquq elmləri namizədi, dosent, polis polkovniki  Vasili Yuryeviç Fedoroviç və Universitetin Moskva regional bölməsinin rəhbəri, polis polkovniki Pavel Mixayloviç Stolnikov konfransda  salamlama nitqi ilə çıxış etmişdir.

Konfransda Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və kursantları, Rusiya Daxili İşlər Nazirliyinin elmi-tədqiqat təşkilatlarının, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin aparıcı alimləri, Belarus Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasının, Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının əməkdaşları iştirak etmişlər.

Konfransda Polis Akademiyasını Beynəlxalq əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov da Akademiyanı təmsil edib. E.Orucov Polis Akademiyasının rəhbərliyi adından tədbir iştirakçılarını salamlamış və V.Y.Kikot adına Moskva Universitetinin 20 illik yubileyi münasibəti ilə təbriklərini çatdırmışdır. 

Konfrans çərçivəsində Rusiya Federasiyasının kritik informasiya infrastrukturunun obyektlərinə edilən müdaxilələrin kvalifikasiyası, kriptovalyuta dövriyyəsi sahəsində cinayətlərə qarşı cinayət hüququ, Belarus Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq kompüter təhlükəsizliyinə qarşı cinayətlərə görə cinayət məsuliyyətinin xüsusiyyətləri, rəqəmsallaşma kontekstində cinayət yurisdiksiyası fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Geriyə | Çap versiyası