xəbərlər
Polis Akademiyasının əməkdaşları Rusiya Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasında “Təhsil fəaliyyətinin təşkilinin aktual məsələləri” adlı onlayn formatda keçirilmiş beynəlxalq elmi-metodiki konfransda iştirak ediblər
27.05.2022


Konfrans Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Sahəsində Gənclərlə İş üzrə Koordinasiya Şurası və Rusiya Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının ilkin həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunmuşdu.
Konfransda professor-müəllimlər və digər iştirakçılar tərəfindən “Müəllimin ünsiyyəti”, “Səs təlimi. Elmi və pedaqoji işçinin ritorik mədəniyyətinin inkişafı”, "Ekstremal vəziyyətlərdə danışıqlar fəaliyyəti", “Dərs üçün effektiv multimedia təqdimatının hazırlanması” və digər mövzularda çıxışlar dinlənildi.
Konfrans sonra öz işini “Universitetdə tədris prosesinin elmi-metodiki təminatı”, “Ali təhsil müəssisələrində innovativ təhsil texnologiyaları”, “Universitetdə tədris prosesinin metodiki təminatının təkmilləşdirilməsi” adlı bölmə iclaslarında davam etdirmişdir.
Konfrans öz işini müzakirələrdən sonra başa çatdırıb.