xəbərlər
Polis Akademiyasının əməkdaşı Nijeqorod Akademiyasında keçirilən onlayn beynəlxalq elmi-praktik kofransda iştirak edib
01.06.2022

Həmin konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Süleymanov iştirak etmişdir.
Konfransda publik hüquqda hüquqi nəticələrin xüsusiyyətləri, hüquqi nəticələrin dərk edilməsinin sahəvi xüsusiyyətləri, dövlət məcburetməsinin tətbiqinin hüquqi nəticələri, müasir beynəlxalq mübahisələrinin hüquqi nəticələri və digər sualların geniş müzakirəsi konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.