xəbərlər

Polis Akademiyasının əməkdaşı Sankt-Peterburq Universitetində keçirilmiş elmi-praktik konfransda iştirak edib

28.05.2022

 27-28 may 2022-ci il tarixlərində Rusiya Federasiyası DİN-in Sankt-Peterburq Universiteti tərəfindən onlayn formatda “Daxili işlər orqanları əməkdaşlarının müasir şəraitdə taktiki-xüsusi, atəş və peşəkar tətbiqi fiziki hazırlığın təkmilləşdirilməsinin aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.Konfransda Polis Akademiyasını Fiziki hazırlıq kafedrasının rəisi, polis polkovniki  İlham Hüseynov təmsil etmişdir.
Konfransda DİN-in əməkdaşlarının peşəkar hazırlığı probleminin daima aktual olması, gələcək hüquq müdafiəçilərinin peşə səriştəsinin səviyyəsinin və təlim metodologiyasının onların şəxsi fiziki keyfiyyətlərindən və psixoloji hazırlığından bilavasitə asılı olması məsələləri müzakirə edilmişdir. Müzakirələr zamanı konfrans iştirakçıları tərəfindən bəzi əməkdaşların xidməti vəzifələrin icrası zamanı, ekstermal situasiyalarda özlərini itirməsi, vəziyyəti düzgün qiymətləndirməməsi, çevik qərar qəbul edə bilməməsi fikirləri səsləndirilərək əlbəyaxa döyüşün daha da inkişaf etdirilməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Çıxışlarda ayrı-ayrı əməkdaşlar tərəfindən döyüş sənətinin müxtəlif növlərinə hazırlıq prosesinin polis əməkdaşlarının psixofiziki təkmilləşməsi üçün böyük potensiala malik olması, psixi gərginliyin artması şəraitində aktiv fəaliyyət göstərməsi səsləndirilmişdir.
Nəticədə fiziki hazırlıq üzrə keçirilən praktik dərslərdə kursant və dinləyicilərin gələcəkdə əməliyyat və xidməti fəaliyyətdə psixoloji hazır olmaları üçün müxtəlif döyüş və əməliyyat situasiyaların yaradılmasına üstünlük verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Geriyə | Çap versiyası