xəbərlər

Tarixi faktlar:

06.02.2009

Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik»
Heydər Əliyev

Tarixi faktlar:

 - mart 1918-ci il – ermənilər Bakı qırğınlarını törədiblər. 3 gün ərzində (18-21 mart) 15 mindən çox azərbaycanlı qətlə yetirilib;

 - 15 sentyabr 1918-ci il – Türk qoşunları Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi birləşmələri ilə birlikdə Bakını daşnak-eser-menşevik (Sentrokaspi diktaturası) quldur dəstələrindən azad edərək Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı elan etmiş və beləliklə, Bakıda ermənilərin törətdikləri qırğınlara son qoyulmuşdur.

 - 1918-1920-ci illərdə qərbi Azərbaycanda azərbaycanlılar yaşayan kənd və qəsəbələrin əksəriyyəti yandırıldı, talan olundu, xarabalığa çevrildi. 575 minlik azərbaycanlı əhalinin əksəriyyəti qaçqın vəziyyətinə düşdü. Gəncədə, Şuşada, Şamaxıda, Qubada, Lənkəranda və digər yerlərdə kütləvi qırğınlar törədildi. Təkcə Gəncədə bir neçə günün içində 40 min azərbaycanlı qətlə yetirildi.

- 1937-1940-cı illərdə çekist maskası taxan ermənilər on minlərlə günahsız azərbaycanlıya xalq düşməni damğası vuraraq həbs etmiş, işgəncə vermiş və güllələmişlər. Naxçıvanda, cəmi 10 gün ərzində (5-16 avqust 1937) 9950 nəfər həbs olunmuş, 500 nəfər sürgün edilmişdir.

 - SSRİ Nazirlər Sovetinin 23.12.1947-ci il tarixli 4083 saylı və 10.03.1948-ci il tarixli 754 saylı qərarlarına əsasən 1948-ci ildə – 10 min, 1949-cu ildə – 40 min, 1950-ci ildə – 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuş, lakin əslində 130 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin salınmışdır;

- 1987-1988-ci illər – Ermənistan dövlət başçıları və vəzifəli şəxlərinin bilavasitə başçılarının iştirakı ilə Qərbi Azərbaycanda (indiki Ermənistan) azərbaycanlılara qarşı kütləvi soyqırım (genosid) aktları törədilib ki, bunun da nəticəsində 240 mindən çox azərbaycanlı öz doğma yurd-yuvasından qovulub, 225 nəfər qətlə yetirilib, 1154 nəfər yaralanıb;

 - 26 fevral 1992-ci il – erməni terrorçuları Rusiyanın 366-cı alayının köməyindən istifadə edərək Xocalı soyqırımını törədiblər. Misli görünməmiş bu vəhşilik nəticəsində 613 nəfər qətlə yetirilib, 657 nəfər əlil olub, minlərlə dinc sakin yaralanıb, əsir götürülüb, işgəncələrə məruz qoyulub.
Geriyə | Çap versiyası