xəbərlər

Polis Akademiyasının kursantı Nijniy Novqorod Akademiyasında təşkil olunmuş “Hüquq elmi və təcrübə (gənc alimlərin tribunası)” mövzusunda beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib

26.05.2022

 25 may 2022-ci il tarixində Rusiya Federasiyası DİN-in Nijniy Novqorod Akademiyasında kursantların, dinləyicilərin və tələbələrin “Hüquq elmi və təcrübəsi (gənc alimlərin tribunası)” beynəlxalq elmi-praktik konfransı keçirilmişdir. Tədbirdə Rusiya Federasiyası, Azərbaycan və Belarus Respublikalarının Daxili İşlər Nazirliyinin 16 təhsil müəssisəsi üzrə 400-dən çox təhsilalan iştirak etmişdir.  Konfrans  25 bölmə üzrə keçirilmişdir. 

Konfransın “Hüquq elminin və təcrübəsinin aktual məsələləri” adlı bölməsinin işində Polis Akademiyasının “Mülki hüquq”  kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədovun elmi rəhbərliyi altında III kurs kursantı Vahabova İranə Xəlil qızı “Azərbaycan Respublikasının qanunvericiliyinə görə sahibkarlıq fəaliyyətinin anlayışına dair bəzi məsələlər” mövzusunda hazırlanmış tezislə çıxış etmiş, müvafiq bölmə üzrə birinci yer tutmasına dair diplomla təltif edilmişdir.





Geriyə | Çap versiyası