xəbərlər
Polis Akademiyasının əməkdaşları “Narkomaniya sosial bəla kimi” mövzusunda maarifləndirici-profilaktik tədbirdə iştirak edib
09.06.2022


Tədbirdə Akademiyanın Gənclər və yetkinlik yaşına çatmayanlar ilə iş sektorunun rəhbəri, DİO-nun inzibati fəaliyyəti kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov, Polis Akademiyasının Şəxsi heyətlə iş üzrə şöbənin inspektoru, polis kapitanı İlqar Quliyev və sektorun üzvü, Polis Akademiyasının 4-cü kurs kursantı Süleyman Süleymanov, eyni zamanda qeyd olunan tədbirdə 230 nömrəli tam orta məktəbin direktoru Tamilla Yaqubova, məktəbin pedaqoji heyəti və 10-11-ci sinif şagirdləri iştirak edib.


Polis Akademiyasının 4-cü kurs kursantı Süleyman Süleymanov öz çıxışında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikası” mövzusu ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin kursant S.Süleymanov yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəblərinin effektiv profilaktik tədbirlər tələb edən istiqamətlərdən biri olduğunu qeyd etdi.
Böyük maraqla qarşılanan tədbirin yekununda şagirdlər və məktəbin pedaqoji kollektivinin sualları cavablandırdı.