xəbərlər
Polis Akademiyasında narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
11.06.2022
![](imagemanager/images/xbr/xeber_basligi_ve_xeber_ucun.jpg)
![](imagemanager/images/xbr/xeber_daxili.jpg)
Polis polkovnik-leytenantı Seymur Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanlarında fəallığın artırıldığını vurğulayıb. Qonaq eyni zamanda daxili işlər orqanlarının narkomaniya ilə mübarizə tədbirləri haqqında məlumat verib, polisin çevikliyi və peşəkarlığı sayəsində narkotikin dövriyyədən çıxarıldığını qeyd edərək, Cinayət Məcəlləsində narkotik vasitələr və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllərə (külli və xüsusilə külli miqdarda törədildikdə) görə cəzaların daha da sərtləşdirildiyini bildirib.
S.Quliyev narkomanlığın Azərbaycan gəncliyinə vurduğu ziyandan və narkotiklərə qarşı mübarizədən, narkotiklə mübarizə çərçivəsində ictimai qınağın və antinarkotik təbliğinin sosial yönümlü aparılmasının vacibliyindən, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində Polis Akademiyasında həyata keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib.
Sonda maarifləndirici videoçarx nümayiş etdirilib, kursantların çoxsaylı sualları cavablandırılıb.