xəbərlər
Polis Akademiyasının kursantları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri olmuşlar
22.06.2022

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları tərəfindən DİN-in Polis Akademiyasının komandasının üzvləri Fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminova və Dil hazırlığı kafedrasının müəllimi Fərqanə Əliyevaya - Festivalın təşkili və keçirilməsində fəal iştiraklarına görə Diplom, kursant Nuran Rəhimova - “Muğam” nominasiyası üzrə I yerə layiq olduğuna görə, kursant Rəşad Həsənova “Vokal (Xalq mahnıları)” nominasıyası üzrə II yerə layiq olduğuna görə, kursant Ayxan Əmirxanova “Aşıq müsiqisi” nominasıyası üzrə III yerə layiq olduğuna görə Fəxri Fərman, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
Bədii yaradıcılıq müsabiqə-festivalında fəal iştiraklarına görə Akademiyanın komandasının digər üzvləri Nurlan Hacıyev Elman Xəlilov, Babək Məmmədov və Şahin Qənizadə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları ilə təltif edilmişlər.
Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb.