xəbərlər

DİN-in Polis Akademiyasında Cəfər Cabbarlının 110 illik yubileyi qeyd edilmişdir

22.04.2009

DİN-in Polis Akademiyasında Cəfər Cabbarlının 110 illik yubileyi qeyd edilmişdir.

XX əsr Azərbaycan ədəbiyyatının dahi klassiklərindən biri kimi ədəbiyyatın, mədəniyyətin, incəsənətin təkamülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, fenomenal təfəkkür sahibi, qüdrətli sənətkar Cəfər Cabbarlının 110 illik yubileyi respublikamızın bütün tədris ocaqlarında qeyd edilmişdir. 

22.04.2009-cu il tarixdə Polis Akademiyasında Cəfər Cabbarlının 110 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirə C.Cabbarlı adına muzeyin direktoru Gülarə Cabbarlı, nəvəsi Qəmər Cabbarlı, Nizami adına İnstitutun baş elmi işçisi, Cabbarlının ədəbi irsinin tədqiqatçısı Asif Rüstəmli və APU-nun dosenti, şair Oqtay Rza dəvət edilmişlər.

İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən ümummilli lider, ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir.

Tədbiri açan akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanov dəvət olunmuş qonaqları təqdim etmiş, Cəfər Cabbarlının  Gülarə Cabbarlı, Asif Rüstəmli və Oqtay Rza Cəfər Cabbarlının həyatı və fəaliyyəti, ədəbi irsi barədə geniş söhbətlər apararaq iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

Geriyə | Çap versiyası