xəbərlər
Orta məktəb şagirdləri Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olub
28.09.2022

Şagirdlər 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, daxili işlər orqanları əməkdaşlarının qanunların və insan haqlarının qorunması, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi kimi şərəfli xidmətin və xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, eyni zamanda, qəbul qaydaları barədə məlumatlandırılmış, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanarla tanış edilmişlər.
Sonda qonaqlarla xatirə şəkli çəkilmiş və onlara Akademiya barəsində lifletlər təqdim edilmişdir.


