xəbərlər

Polis Akademiyasında “Mülki müdafiə” fənni üzrə birgə mühazirə təşkil olunmuşdur

03.10.2022

 3 oktyabr  2022-ci il tarixində   DİN-in Səfərbərlik İşləri və Mülki müdafiə İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Faiq Məhəmmədovla  Akademiyanın Hərbi kafedrasının rəisi, polis polkovniki Hacı Aslanovun birgə mühazirəsi təşkil olunmuşdur. “Mülki müdafiə” fənni üzrə təşkil olunmuş mühazirə əyani təhsil alan I kurs kursantlarına “Fövqəladə halların təsnifatı və onların xarakteristikaları” mövzusu istiqamətində oxunmuşdur.

F.Məhəmmədov Mülki müdafiə sahəsində İdarəetmə və onun mahiyyəti, Mülki müdafiə qərargahları və onların əsas vəzifələri, Mülki müdafiə tədbirlərinin planlaşdırılması, məntəqələri, Fövqəladə Hallar Nazirliyi ilə birgə Daxili İşlər Nazirliyinin fəaliyyəti və s. haqqında kursantları məlumatlandırmışdır.
Diskussiya formasında keçən mühazirənin sonunda kursantların sualları cavablandırılmışdır.


Geriyə | Çap versiyası