xəbərlər

Polis Akademiyasının rəhbərliyi Akademiyaya qəbul olan Prezident təqaüdçülərini təbrik edib

04.10.2022

 04 oktyabr tarixində DİN-in Polis Akademiyasına 2022-2023-cü tədris ilində qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş kursantlar Akademiyanın sıra meydanında şəxsi heyətə təqdim edilib.
Tədbirdə bildirilib ki, 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  03 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş və Prezident təqaüdü verilmiş 102 tələbədən 3-ü Polis Akademiyasının kursantıdır. Kursantlar Quliyev Elmir Elnur oğlu 664.9, Zeynalov Ebrahim Azər oğlu 658.3, İsmayılov Elmir Elnur oğlu isə 655.6 bal toplayıblar.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə daim diqqət və qayğı ilə yanaşılmışdır. Bu gün  Prezident İlham Əliyev gənclərin fəallığının, təşəbbüskarlığının, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılması, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, dünyanın nüfuzlu ali məktəblərində təhsil alması məqsədilə dövlət proqramları imzalamışdır.
Tədbirin sonunda Akademiya rəhbərliyi bu ali təqaüdün kursantların istər təhsil həyatında, istərsə də gələcək karyeralarında həlledici rol oynayacağını bildirib və  onlara qayğı göstərilməsini professor-müəllim heyəti və kurs rəhbərliyinə tövsiyə edib.

Geriyə | Çap versiyası