xəbərlər

Polis Akademiyasının loqotipi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmişdir

07.10.2022

Son dövrlərdə DİN-in Polis Akademiyasında elm və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar, həyata keçirilən yeniliklər bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin loqotipinin də beynəlxalq standartlara uyğun hazırlanmasını zəruri edib. Bu məqsədlə Polis Akademiyasının loqotipi hazırlanıb.

Loqotipdə  yunan mifologiyasına əsasən ilk öncə sülhü daha sonra isə dostluğu simvolizə edən Zeytun yarpağı, etibarlılıq, güc və qəhrəmanlıq simvolu olan qalxan, elm və təhsili təcəssüm etdirən kitab,  qalxan üzərində isə Polis Akademiyası və H.Əliyev Mərkəzi təsvir edilmişdir. Polis Akademiyasının binasının, həmçinin Heydər Əliyev Mərkəzinin təsvirinin loqotipdə yer almasında məqsəd Polis Akademiyasının elm və təhsil ocağı olduğunu və Azərbaycançılıq, vətənpərvərlik məfkurələrini özündə ehtiva etməsini təqdim etmək məqsədi daşıyır. Loqotipdə həmçinin, Akademiyanın  yaranma tarixini əks etdirən “1921” rəqəmi, “Daxili İşlər Nazirliyi” sözünü ifadə edən “DİN” abreviaturu,  eləcə də maarifləndirmə və dəstəyi simvolizə edən lent təsvir edilmişdir.

 Dizayn sahəsində müasir dövrün əsas meyarlarını nəzərə alaraq hazırlanan və öz orijinallığı ilə fərqlənən, elm və təhsil sahəsinin xarakteristikasını özündə əks etdirən loqotip Polis Akademiyasının Elmi Şurasında müzakirə edilərək bəyənilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində 03 oktyabr 2022-ci il tarixli 13153 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçirilmişdir.
Müasir dizayn tələblərinə uyğun olaraq hazırlanmış loqotip Akademiyanın özünəməxsus imicinin formalaşmasına imkan yaradacaqdır.





Geriyə | Çap versiyası