xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı tədbirlərə start verilib

04.10.2022

 Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Nazirliyin təsdiq edilmiş tədbirlər planının icrasına start verilmişdir.
Tədbirlər planı çərçivəsində respublikanın tam orta təhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri və üstün cəhətləri barədə məlumatlandırıcı görüşlərin, ölkənin digər ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, müsabiqələrin və  yarışların keçirilməsi nəzərdə tutulmuşdur.

Planın icrası ilə bağlı Polis Akademiyasında təhsil və tanışlıq məqsədilə tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün “Açıq qapı” tədbirləri keçirilir, təhsil-təlim prosesini əks etdirən məlumatlar sosial şəbəkə səhifələrində yerləşdirilir.
Silsilə tədbirlərin davamı olaraq cari ilin 04 oktyabr tarixində Polis Akademiyasının əməkdaşları Xızı RPŞ-nın əməkdaşları ilə birgə Xızı rayonunda yerləşən tam orta təhsil müəssisələrərində IX-XI sinif şagirdləri ilə görüş keçirmişlər.

Rafiq İsmayılov adına Xızı şəhər və Mikayıl Müşviq adına Giləzi qəsəbə, eləcə də Fındığan, Altıağac, Şurabad və Sitalçay tam orta məktəblərinin IX-XI sinif sagirdləri ilə keçirilən görüş zamanı 100 ililk şərəfli yol keçmiş Polis Akademiyasının daima ölkə başçısı və daxili işlər nazirinin diqqət və qayğısı ilə əhatə olunduğu iştirakçıların diqqətinə çatdırılmışdır. Polis Akademiyasında ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədrisin təşkil edilməsi, məzunlara hüquqşünas diplomunun, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi kimi özəlliyin olmasını da Akademiyanın əməkdaşları şagirdlərə məlumat veriblər.

 Görüş iştirakçılarına, eyni zamanda Polis Akademiyasında tədris prosesi, istirahət və fiziki hazırlıq üçün yüksək səviyyəli şəraitin olması, tibbi xidmət, qidalanma, zəngin kitabxana fondunun, qapalı və interaktiv atıcılıq tirlərinin olması və digər bu kimi məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonda Polis Akademiyasına qəbul qaydaları şagirdlərə izah edilmiş, Akademiya haqqında məlumatları özündə əks etdirən bukletlər paylanmış, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.

Görüş şagirdlər tərəfindən maraqla qarşılanmış  və tədbirlər zamanı onları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, DİN-in tədbirlər planının icrası ilə bağlı Polis Akademiyası ilə tanışlıq və təhsilə təşviq edilməsini,  o cümlədən təhsil-təlim prosesini əks etdirən məlumatlar sosial şəbəkələrdə, respublikanın şəhər və rayonlarının yerli polis orqanlarının elan guşələrində yerləşdirilir. Akademiyada təhsilin təşviq edilməsi ilə bağlı respublikanın bütün şəhər və rayonlarının orta təhsil məktəblərində Akademiya əməkdaşları  yerli polis orqanlarının əməkdaşları ilə birgə görüşləri keçirməyi davam etdirir, görüşlər zamanı təbliğat xarakterli plakatlar, bukletlər və digər təşviq edən materialları  iştirakçılara təqdim edirlər.


Geriyə | Çap versiyası