xəbərlər

Polis Akademiyasında “Əl zərbələrinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilmişdir

10.10.2022

 10 oktyabr 2022-ci il tarixində “Boks" idman növü üzrə milli komandanın məşqçisi, Avropa və Dünya çempionu, 1-ci Avropa oyunlarının qalibi (Bakı 2015), həmçinin Olimpiya oyunlarının bürünc mükafatçısı olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş Teymur Məmmədov tərəfindən kursantlarla “Əl zərbələrinin təkmilləşməsi” mövzusunda seminar keçirilmişdir.

T.Məmmədov seminarda kursantların gələcəkdə xidmət zamanı qarşılaşa biləcəyi real vəziyyətlərə uyğun müxtəlif hərəkət, bacarıq və vərdişlər qazanması, silahsız özünümüdafiə fəndlərinin peşəkar tətbiq olunması, əl zərbələrinin təkmilləşməsi barədə kursantlarla təcrübələrini bölüşmüş, öz töhfəsini vermişdir. Kursantların mənimsəmə qabiliyyətini yoxlamaq üçün “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis baş leytenantı Elman Həsənovun rəhbərliyi altında keçirilən məşq zamanı kursantlar Ələsgərli Əli və Quliyev Murad daha fəal iştirak edərək təcrübəli boks müəlliminin diqqətini cəlb etmişdir.
Sonda kursantların suallarını cavablandıran qonaq idman nailiyyətləri barədə məlumat vermişdir.
                               

Geriyə | Çap versiyası