xəbərlər

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının “Gənc polis sahə inspektoru” dərnəyinin toplantısı keçirilmişdi

05.10.2022

 05 oktyabr 2022-ci il tarixində Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının “Gənc polis sahə inspektoru” dərnəyinin toplantısı keçirilmişdir. Toplantıda Polis Akademiyası “Kursant Elmi Cəmiyyəti”nin sədri polis polkovniki, dosent Rəşad Məmmədov, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, polis polkovniki, dosenti Şahin Şükürov, kafedranın müəllimi, polis leytenantı Ələkbərli Məlik və dərnəyin üzvləri iştirak etmişdirlər. Tədbrilər planından irəli gələn müddəalar, dərnəyin qarşısında duran məqsədlər və digər məsələlər dərnək üzvləri  ilə müzakirə olunmuşdur.

Tədbiri dərnək rəhbəri, polis polkovniki Şahin Şükürov giriş sözü ilə açaraq, əməkdaşları təqdim etməklə, görüşün məqsəd və vəzifələrini dərnək üzvlərinin nəzərinə çatdırmışdı. Görüşdə “DİO-nun inzibati fəaliyyəti” fənnin xüsusi hissəsində tədris olunan “Polis sahə inspektoru xidmətinin təşkili” mövzusu ilə bağlı məsələlərin təşkilati-hüquqi və elmi əsasları, dərnəyin 2022/2023-cü tədris ili üzrə tədbirlər planından irəli gələn müddəalar, qarşıda duran vəzifə və məqsədlər barəsində polis polkovniki, dosent Şahin Şükürov məlumat verdi. Polis sahə inspektorlarının fəaliyyətini tənzimləyən  normativ-hüquqi və normativ xarakterli aktların sistemləşdirilməsi və təhlili, polis sahə inspektorlarının fəaliyyəti ilə əlaqədar  aktual məsələlərin  müəyyən edilməsi,  polis sahə inspektorları xidməti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırmaqla gələcək xidməti fəaliyyətdə tətbiqi qaydaları üzrə tövsiyələrin    verilməsi,  polis sahə inspektorları tərəfindən tərtib olunan xidməti sənədlərlə tanışlıq, onların tərtibatı qaydalarının izahı və öyrədilməsi, ictimai qaydanın təmin edilməsində polis sahə inspektoru xidmətinin vəzifə və hüquqları ilə bağlı MDB dövlətlərinin təhsil müəssisələrinin video filmləri nümayiş etdirilməklə müzakirələr aparılmışdır.

Polis Akademiyasının “Kursant Elmi Cəmiyyəti”nin sədri, polis polkovniki, dosent Rəşad Məmmədov müasir zamanın tələblərinə uyğun olaraq kursantlar tərəfindən aidiyyəti sahələrin dərindən öyrənilməsi üçün kursantların  dərnəklərin işində fəal  iştirak etməyin əhəmiyyətini vurğuladı.
Tədbirdə kafedranın müəllimi, polis leytenantı Məlik Ələkbərli polisin bu fəaliyyətinin hüquqi təbiəti və xidməti xüsusiyyətləri barəsində kursantlara ətraflı məlumat verdi.
 Dosent Şahin Şükürov sonda dərnəyin bilik və bacarıqların aşılanmasının və səriştələrin qazanılmasının uğurlu bir təcrübi təlim model olmasını  bildirdi.


Geriyə | Çap versiyası