xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkmənistan Elmlər Akademiyasının elmi seminarında iştirak etmişdir

11.10.2022

 11 oktyabr  2022-ci il tarixində DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis baş leytenantı Aynur Səfərli Türkmənistan Elmlər Akademiyasının Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu təşkilatçılığı ilə keçirilən “Salar Babanın “Camiqut-Tarixi”nin türk xalqları arasında tədqiqi” adlı seminarda iştirak etmişdir.

Dünyada yeganə nüsxə olaraq Türkmənistan Milli Elmlər Akademiyasında mühafizə olunan XVI əsr görkəmli türkmən ədibi Baba Qulalı oğlu Salar Xiridarinin “Camiqut-tarih” adlı irihəcmli tarixi əsərinin gələcək nəsillərə və dünya elmi ictimaiyyətinə çatdırılması üçün YUNESKO-nun maddi dəyərlər siyahısına salınması istiqamətində aparılan tədbirlər çərçivəsində keçirilən seminarı Türkmənistan Elmlər Akademiyasının Maqtımqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru prof.D.Orazsahedov giriş sözü ilə açaraq, qonaqları və iştirakçıları salamladı. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru f.ü.f.d. Mehman Həsənli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi f.ü.f.d. İsmixan Osmanlı, Türkmənistan Elmlər Akademiyasının Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun baş elmi işçisi f.ü.f.d. Q.Quzıçyeva, Məxdumqulu adına Türkmən Dövlət Universitetinin baş müəllimi f.ü.f.d. A.Şıxnepesovun iştirak etdiyi elmi seminarda Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis baş leytenantı, BDU-nin doktorantı Aynur Səfərli də məruzə etmişdir.

A.Səfərli bəşər tarixində ən qədim sivilizasiyaların yaradılmasında, xalqların mədəni-elmi əlaqələrinin formalaşmasında, maddi-mənəvi dəyərlərin mübadiləsində kökləri minilliklərə gedib çıxan zəngin və qədim tarixə malik Türkmən xalqının dünya dəyərləri arasında bənzəri olmayan köklü milli mədəniyyətə malik olduğunu vurğulamışdır. Türkmən xalqının mənəvi dəyərləri arasında əlyazma irsinin xüsusi yer tutduğunu ifadə edən məruzəçi bunu da qeyd etmişdir ki, TEA-da saxlanılan zəngin irs xəzinəsi unikallığı və müxtəlifliyi ilə yalnız türkmən alimlərinin deyil, həm də xarici tədqiqatçıların böyük marağına səbəb olmuşdur.
Sonda bu istiqamətdə elmi seminarların keçirilməsinin türkologiyanın inkişafı üçün əhəmiyyətli olduğu vurğulanmışdır.


Geriyə | Çap versiyası