xəbərlər

Akademiyanın əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

12.10.2022

 Oktyabrın 12-də Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və fəxri sədrliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texniki Universiteti, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Azərbaycan və Türkiyə respublikalarının elm və ali təhsil müəssisələrinin əməkdaşları iştirak etmişdir. Polis Akademiyasını Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov təmsil etmişdir.

Beynəlxalq konfransın açılışından öncə qonaqlar tələbələrin əl işlərindən ibarət “Ekoloji” qida, “Yaşıl” kitab, “Yaşıl” geyim və moda, “Yaşıl texnologiya” adlı sərgiləri ziyarət ediblər, eləcə də Kitabxana İnformasiya Mərkəzinin fondunda olan “yaşıl” iqtisadiyyat və ekologiyadan bəhs edən kitablarla tanış olublar. Tədbirdə iştirakçılara Sadiq Qurbanovun müəllifi olduğu “Yeni “Yaşıl” iqtisadi modelə doğru keçid: qlobal çağırışlar, imkanlar və perspektivlər” adlı kitab paylanılıb.

 Konfransda UNEC-in rektoru professor Ədalət Muradov,  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və təhsil naziri Emin Əmrullayev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Energetika nazirinin müavini Samir Vəliyev, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Soltan Məmmədov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan, ASELSAN-ın Korporativ idarəetmə üzrə vitse-prezidenti professor Hakan Karataş, konfransın sədri professor Cemal Zehir və digər çıxış edənlər “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi barədə fikirlərini bölüşüblər, konfransda əldə olunan nəticələrin bu istiqamətdə əhəmiyyətli olacağını deyiblər.
Konfrans öz işini dəyirmi masada davam etdirib, sonra konfrans iştirakçılarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Geriyə | Çap versiyası