xəbərlər

DİN-in Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin 86 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatı Ziyad Səmədzadə ilə görüş keçirildi

08.05.2009

DİN-in Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin 86 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatı Ziyad Səmədzadə ilə görüş keçirildi.

08.05.2009-cu il tarixdə ulu öndər Heydər Əliyevin 86 illik yubileyi ilə əlaqədar DİN-in Polis Akademiyasında Milli Məclisin deputatı Ziyad Səmədzadə ilə görüş keçirilmişdir.

İlk öncə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi. Polis Akademiyasında fəaliyyət göstərən «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz»lə tanış olan deputat Ziyad Səmədzadə «Fəxri qonaqlar kitabı»nda öz ürək sözlərini yazmışdır.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir.

Tədbiri giriş sözü ilə açan akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev dəvət olunmuş Milli Məclisin deputatı Ziyad Səmədzadəni şəxsi heyətə təqdim edərək sözü ona vermişdir. Z.Səmədzadə ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş söhbət apararaq iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Keçirilən görüş Polis Akademiyasının şəxsi heyəti tərəfindən böyük həvəslə qarşılanmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında» 11 mart 2008-ci il tarixli Sərəncamının və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin 11 aprel 2008-ci il tarixli tədbirlər planın icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə şəxsi heyət həmin gün tanış edilmişdir. Polis Akademiyasının ümumi kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılmış, əyani fakültənin divar qəzetlərində məqalələr dərc olunmuşdur. Hər həftənin çərşənbə günləri Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə müdavim heyətinə məlumatlar verilir.

07-16.04.2008-ci il tarixlərdə Akademiyada fəaliyyət göstərən Əzizbəyov rayonunda yerləşən 230, 156, 181, 183, 237 saylı orta məktəblərin şagirdlərinin ziyarətləri təşkil edilmiş, onlara müstəqil Azərbaycan Respublikasının qurucusu olan H.Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verilmişdir.

«Fiziki hazırlıq» kafedrasının müəllimləri tərəfindən Polis Akademiyasının əyani fakültənin müdavimləri ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş  müxtəlif idman yarışları keçirilməkdədir. Təsdiq olunmuş tədbirlər planına əsasən 05.04.2008-ci il tarixdə I-IV kursların şəxsi heyətinin iştirakı ilə polis çoxnövçülüyü, 12.04.2008-ci il tarixdə estafet qaçışı üzrə Akademiya birinciliyi keçirilmiş, fərqlənən müdavimlər müvafiq olaraq mükafatlandırılmışlar.

«Xüsusi taktiki hazırlıq» kafedrası tərəfindən 11.04.2008-ci il tarixdə V kursun taqımları arasında sıra hazırlığı üzrə yarış keçirilmişdir. Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların, həmçinin xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi. Yarışda I yerə 5-ci taqım, II yerə 4-cü taqım, III yerə 6-cı taqım layiq bilindilər, müdavimlər Ş.Paşayev, R.Yadigarlı, N.Xəlillov fərdi yarışmada 1-3-cü yerləri bölüşdürmüşlər. Yarışın sonunda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

«Dil hazırlığı» kafedrası Ümummilli lider Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş ingilis dili fənni üzrə «Ən yaxşı tərcümə» müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə müdavimlər Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illərinə həsr olunmuş mövzuların Azərbaycan dilindən ingilis dilinə tərcüməsindən ibarət idi. 90 dəqiqə ərzində keçən müsabiqədə 2 nəfər - III kurs müdavimi Abdalov Elmar və II kurs müdavimi Məmmədov Elxan - 1-ci yerə, II kurs müdavimi İsayev Anar 2-ci yerə, III kurs müdavimi Allahverdiyev Tərxan isə 3-cü yerə layiq görülmüşlər. 8 aprel 2008-ci il tarixdə həmin  kafedra tərəfindən «Azərbaycan dilinin ən yaxşı bilicisi» müsabiqəsi keçirilmişdir. «Azərbaycan dili» fənni üzrə keçirilən bu bilik  yarışmasında akademiyanın I, II və III kurslarından 40 nəfər müdavim iştirak etmişdir. I kurs müdavimləri Ağagülov Mətləb, Abdullayev Natiq, Hümbətov Ülvi bu müsabiqənin qalibləri olmuşlar. Qaliblər Akademiya rəisi tərəfindən mükafatlandırılmışlar.

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Polis Akademiyasında tədbirlər davam etdirilir.

Geriyə | Çap versiyası