xəbərlər
Şagirdlərin “Açıq qapı” tədbirlərində fəal iştirakı Polis Akademiyasına artan marağın təzahürüdür
26.10.2022

Şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə ətraflı məlumatlar verilmişdir. Eyni zamanda, şagirdlər tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanış edilmişlər.
Qonaqlara Akademiya barədə videoçarx nümayiş etdirilmiş, lifletlər təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.