xəbərlər

Polis Akademiyasında “Zəfər yolu” adlı şeir müsabiqəsi keçirilib

01.11.2022

 01 noyabr  2022-ci il tarixində “Dil hazırlığı” kafedrasının baş müəllimi f.ü.f.d. Fərqanə Əliyevanın təşkilatılığı ilə “Zəfər yolu” adlı şeir müsabiqəsi keçirilib. Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra vətən sevgisini, qələbə sevincini şeirlərində vəsf edən şairlərimizin yaradıcılığından nümunələr səsləndirilib. Kursantlar tərəfindən 44 günlük müharibəyə həsr edilmiş şeirlər də müsabiqədə dinlənilib.

14 kursantın iştirak etdiyi müsabiqədə münsiflər heyətinin qərarı ilə III kurs kursantı Əliyev Səyyad I, V kurs kursantı Məmmədli Məhəmməd II, V kurs kursantı Babayev Elşad III yerə layiq görülüb. Qaliblər və iştirakçılar sertifikatlarla təltif olunub.  Qaliblər Polis Akademiyasının rəhbərliyi tərəfindən də mükafatlandırılıb.  
     








Geriyə | Çap versiyası