xəbərlər

DİN-in Polis Akademiyasının İxtisasartırma fakültəsində növbəti “Andiçmə” mərasimi keçirilmişdir.

07.11.2022

 07 noyabr 2022-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun iştirakı ilə İxtisasartırma fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan polis general-mayoru Canpolad Daanov dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar əldə etməyi və hər birinə daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə etdi.

Çıxışında təhsildə aparılan yeni innovativ metodlara toxunan C.Daanov bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda, daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
Məzunlar adından çıxış edən polis leytenantı Əliyev Yusif Nizami oğlu təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
 
 
Geriyə | Çap versiyası