xəbərlər

Polis Akademiyasında “Zəfər Günü” tədbiri keçirilmişdir

07.11.2022

 Azərbaycan Respublikasınım Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 noyabr – “Zəfər Günü” münasibəti ilə tərtib olunmuş müvafiq plana əsasən silsilə tədbirlər çərçivəsində növbəti tədbir keçirilmişdir. Tədbirə başlamazdan öncə Ümummilli  lider  Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir. Tədbir zamanı Akademiyanın rəisi Canpolad Daanov çıxış edərək ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı "Dəmir Yumruq" əməliyyatı zamanı keçdiyi şanlı döyüş yolu haqqında məlumat vermişdir. Bundan sonra atası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Akademiyanın DİO-da Əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi - Hüseynov Natiq Əmrah oğlu və babası 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Akademiyanın Əyani fakültənin 4-cü kurs kursantı - Qarayev Qafar Mübariz oğlu çıxış etmişlər. Tədbirin sonunda Akademiyanın rəisi daimi heyəti və kursantları bayram münasibəti ilə bir daha təbrik edərək onlara gələcək həyat və xidməti fəaliyyətlərində uğurlar arzu etmişdir.
 
     
Geriyə | Çap versiyası