xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir

11.11.2022

 11 noyabr 2022-ci il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı Sabunçu rayonunda yerləşən Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin IX-XI sinif şagirdləri olmuşdur.

Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanalarla tanış edilmişdir. Bundan əlavə, Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.

Tədbirin yekununda şagirdlərlə xatirə şəkli çəkilmiş və onlara Akademiya haqqında məlumatları özündə əks etdirən bukletlər təqdim edilmişdir.

 
 
 
 
 

Geriyə | Çap versiyası