xəbərlər

Polis Akademiyasında “Konstitusiya Günü”nə həsr olunmuş referat müsabiqəsi keçirilib

11.11.2022

 11 noyabr 2022-ci il tarixində Qiyabi təhsil fakültəsi və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının təşkilatçılığı  ilə lll kurs orta təhsilli dinləyicilər arasında “Konstitusiya Günü”nə həsr olunmuş Referat müsabiqəsi keçirilmişdir.  
Qiyabi təhsil fakültəsinin rəisi, polis polkovniki Mahir Xalıqov müsabiqəni giriş sözü ilə açmış, dövlətimizin əsas qanunu olan Konstitusiyamızın məzmunu, mətninə edilən əlavə və dəyişikliklər barədə məlumat vermiş, layihəsinin hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmişdir.

lll kurs dinləyiciləri, polis leytenantı Rəcəb Əhmədli “İlk milli Konstitusiyamızın qəbul edilməsinin tarixi əhəmiyyəti”, polis baş serjantı Məmmədalı Rəcəbov “Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları”, polis serjantı İsrafil Vəliyev “Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun konstitusiya hüquq statusu” referat mövzuları ilə çıxış ediblər.

Sonda “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovniki Babək Nəsirov müsabiqənin nəticələrini elan edərək, keçirilən müsabiqəni yüksək qiymətləndirib, təhsilalanlar üçün belə tədbirlərin mütəmadiliyinin əhəmiyyətini vurğulayıb.
Daha sonra müsabiqənin qalibləri elan olunub və mükafatlandırılıblar.
 


 
 
 
 
Geriyə | Çap versiyası