xəbərlər

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilib

11.11.2022

 11 noyabr 2022-ci il  tarixində DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar  tərəfindən  törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə  dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov açaraq, qonaqları və iştirakçıları salamlayıb. O, cəmiyyətin həssas təbəqəsi hesab edilən yetkinlik yaşına çatmayanlar tərəfindən  törədilən hüquq pozuntularının elmi müstəvidə müzakirə edilməsinin vacibliyini qeyd edərək, belə bir toplantının xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Daha sonra o, dəyirmi masanın idarəedilməsi üçün sözü moderator seçilən “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Şahin Şükürova verib. Bununla da dəyirmi masanın elmi müzakirə hissəsi öz işinə başlayıb.

Tədbirdə DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, “Gənc polis sahə inspektoru” dərnəyinin üzvləri olan III və IV kurs təhsilalanları, həmçinin DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin və Xəzər RPİ-nin əməkdaşları qonaq qismində iştirak edibər.
“Yetkinlik yaşına çatmayanlar  tərəfindən  törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusuna həsr olunan dəyirmi masada DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaskiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki h.ü.f.d., dosent Hikmət Eyvazov tərəfindən “Polis Akademiyasında aparılan elmi tədqiqatların əsas istiqamətləri və onların təcrübə ilə qarşlıqlı əlaqəsi”, Kursant Elmi Cəmiyyətinin sədri, polis polkovniki h.ü.f.d., dosent Rəşad Məmmədov tərəfindən “Kursant Elmi Cəmiyyəti” haqqında məlumatlar diqqətə çatdırılıb.

Dəyirmi masada DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profi¬¬lak¬tiki işin təşkili şöbəsinin rəis müavini, polis mayoru İmran Əliyev “Çətin həyat şəra¬itin¬də olan uşaqların müdafiəsi, onların zorakılıq qurbanına çevrilmə hallarının qarşısının alınması”, Xəzər RPİ İctimai təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Eldar Əliyev “Yektinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların qarşısının alınmasında profilaktiki tədbirlər”, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rüfət İbayev “Yektinlik yaşına çatmayanlar tərəfindən törədilən inzibati xətalar və cinayətlər”, həmin kafedranın müəllimi, polis leytenantı Məlik Ələkbərli “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının səlahiyyətləri” haqqında məruzələr ilə çıxış ediblər.

Çıxışların davamı olaraq dəyirmi masanın planı əsasında təhsilalanların elmi tədqiqatı mərhələsinə keçid edilib. Moderator tərəfindən elan edilən ardıcıllıq əsasında IV kurs təhsilalanları İranə Vahabova “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya preventiv subyekt kimi”, Alparslan Məmmədli  “Narkotiklərin yetkinlik yaşına çatmayanlar arasında yayılması sosial-təhlükəli vəziyyət kimi”,  Ələddin Ağayev “Yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının inzibati-hüquqi müdafiəsi” və Aynur Quliyeva “Yektinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınmasında ümumi internat məktəblərinin rolu” mövzuları üzrə məruzələr ediblər.

Dəyirmi masa çərçivəsində məruzələr bitdikdən sonra müzakirələrə keçid edilib. Müzakirələrdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi, istefada olan polis polkovniki Vaqif Abışov, kafedranın rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev, Beynəlxalaq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin silsilə rəisi, polis polkovnik-leytenantı Aqşin Əlizadə məruzələr ətrafında bir sıra statistik göstəriclərə əsaslanan fikirlər bildiriblər. Qeyd edilib ki, dövlət idarəetməsi, o cümlədən polisin fəaliyyət istiqamətləri üzrə yetkinlik yaşına çatmayanlar tərəfindən  törədilən hüquq pozuntularının qarşısını alınması sahəsində milli və beynəlxalq hüquqi-tənzimləmə mexanizmi mövcuddur. Həmin sənədlərin tələblərinə uyğun fəaliyyətin təmin edilməsi və sahəvi təşkiletmə hesabına effektiv nəticələrin əldə edilməsi daha asan olur.

Mövzu üzrə məruzələr ətrafında diskussiyalar başa çatdıqdan sonra, Akademiya rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov yetkinlik yaşına çatmayanlar tərəfindən  törədilən hüquq pozuntularılarının qarşısının alınmasında vacib istiqamətləri qeyd etməklə, aidiyyəti üzrə tədbirə yekun vurub.










Geriyə | Çap versiyası