xəbərlər

Polis Akademiyasının əməkdaşı Macarıstanın Budapeşt şəhərində keçirilən “Şəbəkə Potensialının Gücləndirilməsi” üzrə 3-cü görüşdə iştirak edib

17.11.2022

2022-ci ilin 15-16 noyabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentlik (CEPOL) tərəfindən “Şəbəkə Potensialının Gücləndirilməsi” üzrə 3-cü görüş keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin və Dövlət Gömrük Komitəsi Akademiyasının  əməkdaşlarının da iştirak etdiyi görüşdə Polis Akademiyasını Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov təmsil edib. Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilən görüş CEPOL-un TOPCOP layihəsi çərçivəsində həyata keçirilmişdir. 

Görüşdə Milli və Avropa İttifaqı məkanında ən müasir təlim imkanlarından, iştirakçı ölkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları üçün həyata keçirilən treninqlər, “Təlimçilərin təlimi” konsepsiyası, TOPCOP layihəsi çərçivəsində iştirak edən əməkdaşların daha sonra əldə etdikləri bilik və bacarıqları öz həmkarlarına ötürməsi, vahid təlim cədvəlinin (ilkin olaraq insan alveri sahəsi üzrə) hazırlanaraq iştirakçı ölkələrdə tətbiq edilməsi, onlayn öyrətmə sistemləri və Avropa İttifaqı CEPOL-a aid mövcud “Leed” sistemində onlayn təlim imkanları kimi məsələlər müzakirə edilmiş, 2023-cü il üçün təlim katoloquna baxış keçirilmişdir. 

Sonda “TOPCOP” layihəsi çərçivəsində keçirilə biləcək regional və ölkədaxili təlim imkanları, habelə təcrübə mübadiləsi məqsədilə qarşılıqlı ölkə səfərləri və ümumilikdə CEPOL-un təşkilati və informativ dəstəyi ilə təlim imkanları geniş müzakirə edildi.   

 

Geriyə | Çap versiyası