xəbərlər

Polis Akademiyasında “Rol bölgüsü” metodu ilə mühazirə dərsi keçirilmişdir

18.11.2022

 18 noyabr 2022-ci il tarixində İnzibati hüquq fənnindən “İnzibati xətalar haqqında işlər üzrə icraatın hüquqi xarakteristikası” mövzusunda mühazirə dərsinin ikinci hissəsi II kursda “rol bölgüsü” metodu əsasında aparılmışdır. Fənn müəllimi “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev mühazirə dərsinə virtual dəvət edilən qonaqları kursantlara təqdim edərək mühazirə dərsinin “birgə dərs elementləri”ndən istifadə olunmaqla “rol bölgüsü” əsasında aparılacağını diqqətə çatdırdı.

Mühazirə mövzusu üzrə Rafiq Nəcəfquliyev inzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı və onun növlərinə dair izahlar, eyni zamanda qüvvədə olan sahəvi qanuvericiliyə əsaslanan hüquq tətbiqetmə təcrübəsi haqqında kursantlara məlumat verdi. Dərsin ikinci hissəsində Nərimanov RPİ-nin İctimai Təhülkəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin Mirzəli icraatda vəzifəli şəxsin inzibati-hüquqi statusu, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü inzibati hüquq üzrə ixtisaslaşmış vəkil Şahmar Abdalov icraatda müdafiə tərəfi, Qaradağ rayon prokurorunun müavini, ədliyyə müşaviri Pərviz Nərimanov isə inzibati xətalar haqqında işlər üzrə icraat materiallarına nəzarət mexanizmi daxilindəki prokuror tərəfindən qəbul edilən qərarlar və onların hüquqi təbiəti haqqında nəzəri və təcrübi məlumatları kursantların diqqətinə çatdırdılar.
Mühazirənin yekununda kursantların sualları cavablandırıldı.
 
 

Geriyə | Çap versiyası