xəbərlər

DİN-in Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» və «Yeni il» bayramı qeyd edilmişdir

29.12.2009

DİN-in Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» və «Yeni il» bayramı ilə tədbirlər həyata keçirilmişdir. 29.12.2008-ci il tarixdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov və Əzizbəyov rayon İdman və Gənclər İdarəsinin rəisi Vüqar Əliyevlə görüş təşkil olunmuşdur. Görüşdən əvvəl qonaqlar tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş, bir qrup əməkdaşlar və müdavimlərlə xatirə fotoşəkilləri çəkilmişdir. Akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev bayramla əlaqədar şəxsi heyəti təbrik etmiş, «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü»nün tarixi, ulu öndər Heydər Əliyevin bu böyük bayramın təsis olunmasında rolu barədə qısa məlumat vermiş və qonaqları iştirakçılara təqdim etmişdir. Çıxış etmiş F.Nəcəfov dünya azərbaycanlılarının həmrəyliyi yolunda misilsiz fədakarlıq göstərmiş ulu öndər Heydər Əliyevin fəaliyyəti,  ayrı-ayrı dövlətlərdə azərbaycan diasporalarının formalaşması, onların mütəşəkkil fəaliyyət göstərməsi istiqamətində Dövlət Komitəsi və ictimai qurumlar tərəfindən görülmüş işlər barədə müdavimlərə ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə azərbaycanlıranın həmrəyliyinə həsr olunmuş videofilm nümayiş etdirilmiş, Əzizbəyov rayon İdman və Gənclər İdarəsinin diplomlar təqdim olunmuşdur.




DİN-in Polis Akademiyası
Geriyə | Çap versiyası