xəbərlər
Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir
26.11.2022

21-26 noyabr tarixlərində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirlərinin qonaqları Xəzər rayonunda yerləşən Hatəm İsgəndərov adına 206 saylı orta məktəbin və Xətai rayonunda yerləşən humanitar liseyin IX-XI sinif şagirdləri olmuşdur.
Şagirdlər Polis Akademiyasında Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanarı ilə tanış edilmişdir. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi-sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.
Tədbirin sonunda şagirdlərlə xatirə şəkli çəkilmiş və onlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər təqdim edilmişdir.