xəbərlər

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin əlaqəli şəkildə tədrisi diqqətdə saxlanılır

17.11.2022

11 və 16 noyabr 2022-ci il tarixlərində Polis Akademiyasının əyani təhsil üzrə      V kurs kursantları ilə  keçirilən dərsdə Xəzər rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elman Mikayılov “DİO-da təhqiqat” fənnindən “Təhqiqatçının təhqiqat orqanı, prokurorluq və digər orqanlarla qarşılıqlı prosessual əlaqəsi” mövzusunda mühazirədə fənn müəllimləri ilə birgə iştirak etmişdir.

Xəzər rayon prokurorunun böyük köməkçisi E.Mikayılov təhqiqat orqanı hesab olunan Xəzər RPİ-nin ixtisaslaşmış təhqiqat qurumlarının təhqiqatçıları ilə yaradılan qarşılıqlı əlaqənin praktiki əhəmiyyətindən, cinayət-prosessual qanunvericiliyin aidiyyəti müddəalarının praktiki tətbiqi məsələlərindən, habelə qanunun təcrübədə tətbiqi zamanı meydana çıxan prosessual-hüquqi münasibətlərin xüsusiyyəti barədə kursantlara ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, qarşılıqlı prosessual münasibətlər konkret məqsədə nail olmağa yönəlmiş hərəkətlərin razılşadırılmasında ifadə olunur. Bu, vəzifələrin ümumiliyi şəraitində zəruri və mümkündür.

Qeyd olunanlarla yanaşı, qonaq ibtidai araşdırma mərhələsində prokurora qanunla verilən hakimiyyət-sərəncamverici səlahiyyətlərin hüquqi təbiətini açıqlamış, həmçinin prokurorun bu səlahiyyətlərinin inzibati və prosessual xarakterli olmasınin mahiyyəti barədə fikirlərini auditoriya ilə bölüşmüşdür.
Mühazirənin sonunda kursantlara müvafiq tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və xatirə şəkli çəkilmişdir.

Dərsdə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev, baş müəllim, polis polkovnik-leytenantı Anar Mikayılov və müəllim, polis leytenantı Xalid Qasımov iştirak etmişdir.
 
 
 

Geriyə | Çap versiyası