xəbərlər
DİN-in Polis Akademiyasında növbəti “İxtisasartırma” kursu təşkil olunmuşdur.
26.11.2022

Kursa cəlb olunmuş əməkdaşların mövzuları daha dərindən öyrənməsi məqsədi ilə öncədən Akademiyanın “Kriminalistika” kafedrasının əməkdaşları tərəfindən tədris olunacaq mövzular üzrə mühazirələr toplusu hazırlanaraq dinləyicilərə təqdim olunmuşdur.
Kursun nəticələrinə əsasən Polis Akademiyasının və Kriminalistik Tədqiqatlar İdarəsinin rəhbərliyinin iştirakı ilə dinləyicilərdən yekun imtahan qəbul edilmiş və imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.